Məzmuna keç

Nour tətbiqi üçün dəstək

Nour tətbiqi, hesabın və sifarişinlə bağlı kömək burada.

Tətbiqdən istifadə

Nour iPhone tətbiqi iOS 16 və daha yeni versiyalarda işləyir. Məhsullara hesab yaratmadan baxa, sevimlilərini saxlaya və səbət qura bilərsən. Sifarişin tamamlanması üçün hesabına daxil ol.

Sifariş və ödəniş

Ödənişin nəticəsini Hesabım → Sifarişlərim bölməsində yoxla. Məbləğ çıxılıb, amma sifariş ödənilmiş görünmürsə, yenidən ödəməzdən əvvəl sifariş nömrəsi ilə bizimlə əlaqə saxla. Kart məlumatları Epoint və ya bank səhifəsində daxil edilir.

Hesabın silinməsi

Hesabım → Hesab ayarları → Hesabımı sil yolunu izləyib şifrənlə təsdiqlə. Profil məlumatların anonimləşdirilir; ünvanlar, səbət, sevimlilər və rəylər silinir. Qanuni öhdəlik və sifarişin icrası üçün zəruri qeydlər saxlanıla bilər. Tətbiqi silmək hesabını silmir.

Dəstək